[ 30 Dekabr 2014 14:35 ]
Bakı. Zümrüd Paşayeva – APA. “AirAsia İndonesia” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb.
APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, İndoneziya Milli Araşdırma-Xilasetmə agentliyinin əməkdaşları Yava dənizində - Borneo adasından 160 km aralıda 40-dan çox sərnişinin cəsədini aşkar ediblər.
Axtarışların davam etdiyi bildirilir.
Xatırladaq ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan sərnişin təyyarəsi dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.