ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı çoxalıb

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı çoxalıb
08:46 27 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) cənub və qərb hissəsində artıq bir həftədir ki, müşahidə olunan qasırğa və daşqınlar nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, təbii fəlakət nəticəsində azı 60 nəfərin xəsarət aldığı bildirilir.

Ötən gün Missisipi ştatında daha iki nəfərin bir qadın və bir kişi meyiti tapılıb. Sözügedən şəxslər qasırğa başlayan gündən itkin hesab olunurlar. Rəsmilər ən çox itkinin də Missisipi ştatında qeydə alındığını bildiriblər.

Həmçinin, Tennessi, Arkanzas və Alabam ştatlarında çoxlu sayda insan qasırğadan əziyyət çəkib.

Qasırğanın sürəti bəzi yerlərdə saatda 161 kilometrə çatıb. Güclü küləklər çoxsaylı dağıntılara səbəb olub, onlarla evin damını uçurub. 400-dən çox ev və avtomobillərə ziyan dəyib.

Rəsmilər bu gündən etibarən Texas və Oklahoma ştatlarında çovğun xəbərdarlığı ediblər. Hər iki ştat ərazisində azı 41 santimetr qar yağacağı proqnozlaşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR