​NATO Almaniyadan Türkiyəyə kəşfiyyat təyyarələri göndərəcək

​NATO Almaniyadan Türkiyəyə kəşfiyyat təyyarələri göndərəcək
08:47 27 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ NATO Türkiyənin havadan müdafiəsini gücləndirmək üçün Almaniyadan qonşu ölkəyə AWACS sistemləri ilə təchiz olunmuş kəşfiyyat təyyarələri göndərəcək.
"Report" "dpa"ya istinadən xəbər verir ki, bu barədə "Bild am Sonntag" qəzeti yazıb.
Uzaq radiolokasiya aşkarlamasına malik "Boeing E-3" təyyarələri Almaniyanın Qaylenkirhen (Geilenkirchen) bazasından Türkiyənin Konya aerodromuna göndəriləcək. Təyyarələrin heyət üzvlərinin 30 faizini bundserverin qulluqçuları təşkil edəcək. Hər bir təyyarəyə 16 nəfərdən ibarət komanda xidmət göstərir. Ümumilikdə neçə alman hərbçisinin əməliyyatda iştirak edəcəyi məlum deyil.

Xəbərin orijinal ünvanı: http://report.az/region/nato-almaniyadan-turkiyeye-kesfiyyat-teyyareleri-gonderecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR