"Mən divarlara səni sevirəm yazacaq qədər sevirəm"

"Mən divarlara səni sevirəm yazacaq qədər sevirəm"
11:52 28 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Rihannası kimi təqdim oluna Röya Ayxan Türkiyə mətbuatına müsahibə verib.

Milli.Az gecce.az-a istinadən müsahibəni təqdim edir:

- Musiqi siyahılarına sürətli bir giriş edən Röya kimdir?

- 33 yaşında, öz ayaqları üstündə duran, sözünü demiş və 6 yaşında oğlan uşağı böyüdən bir qadın.

- Azərbaycandan Türkiyəyə uzanan bir musiqi karyeranız var. Musiqi səfəriniz necə başladı?

-16 yaşımda ilk dəfə səhnəyə bir qrupla çıxdım. İki il onlarla birlikdə çalışdım. Amma sonra Beyonce kimi qrupdan ayrıldım. Demək ki, Allah alnıma tək başıma gedəcəyimi yazıb. Onlar daha gözəl və güclü idi, amma mən getdim. Allah nə versə, ürəyə görə verir.
.
- Son bir neçə aydır hər yerdə "Kesin bilgi" adlı mahnını eşidirik. Mahnının sözləri Gülşənə aiddir. Gülşənlə necə bir araya gəldiniz?

- Gülşəni televiziyada izləyərkən "Mənim qadınım deyirdim". İzləyərkən cana yaxın olmasını anladım. İki il əvvəl Azərbaycana konsertə gəlmişdi. Onunla belə tanış olduq. Qadınların söz yazmasını, mahnı bəstələməsini çox bəyənirəm.

- Gülşən mahnı bəstələyərkən əvvəl insanı müşahidə edir. "Kesin bilgi"də ehtiraslı, şəhvətli bir qadın görürük. Həqiqətən, belə birisiniz?

- İlk dəfə mənə başqa bir mahnı vermişdi. Onu mən evli olan zaman yazmışdı. Sonra məni yaxından tanıyanda "mən sənə başqa mahnı yazacağam" - dedi və bu mahnını yazdı. Bu mahnı mənə verdiyi zaman artıq ayrılmışdım. Həqiqətən, yaşadığım ruh halıma uyğun bir bəstə oldu.

- "Kesin bilgi "nin klipində avtomobil parçalayırsınız. Real həyatda da belə çılğınsınız?

- Əslində, elə deyiləm. Mən divarlara səni sevirəm yazacaq qədər sevirəm. Sındırmaram, parçalamaram, dağıtmaram. Üsyançı bir xarakterim var, amma sevgiyə zərər vermərəm.

- O halda duyğularını sıx yaşayan biri demək olar sizə?

- Bəli. Çox sevirəm və çox əsəbləşirəm. Orta yoxdur məndə. İnsanlara qarşı sevgim var. Utancaqlıq hissim çox var, sındırmıram.

- Daha əvvəl də Sonar Sarıkabadayı, Eflatun kimi adların sözlərini yazdığı mahnıları ifa etmisiniz. Bu qədər mahnıdan sonra albom nə vaxt olacaq?

- Yaxın zamanlarda. Amma hələ tezdir. Yeni səs və yeni insanam. Bundan sonra bir neçə mahnı da olacaq. Sonra isə albom olacaq.

- Altı hazır mahnınız olduğunu bildirdilər. Sürpriz adların mahnıları var?

- Var, amma deyə bilmərəm (gülür). Bol-bol "bomba" var. Çox sevdiyim və hörmət etdiyim biri ilə bəlkə duet ifa etdim.

- Bir də kiçik oğlunuzula məşğul olursunuz. İçiniz gərgindir, yorulmursunuz?

- Çox sevdiyimdən. Çalışan bir qadınam mən. Tükənmir, qidalanır enerjim. Oğlumu da bura gətirdim. O da buranı sevdi. 10 il sonra o, məni axtarmayacaq, mən onu üçün darıxacam. Arxamca heç zaman ağlamayıb. Konsertə gedirəm deyəndə xoşbəxt olur.

- İllər öncə Azərbaycanda aktrisalıq etmisiniz. Burada da təklif var?

- Bəli, illər əvvəl bir filimdə rol almışdım. Sevgilisindən ayrılan zaman İstanbula qaçan bir qadını canlandırmışdım. O, ilk və son rolum oldu. Bir daha aktrisalıq etmərəm. Çox çətindi. "Necə olsan ol, ağla, necə olsan ol gül" deyirlər. Olmadığım biri olmaq mənə görə deyil. Kliplərdə 16 saata belə ağladığım olur mənim.

- O zaman artıq Azərbaycana getməyəcək, Türkiyədə Röya var deyə bilərikmi?

- Bəli, belə deyin və sevin. Məni sevin ki, mən həmişə burada qalım. Bura və insanları çox gözəldir.

- İdeal saydığınız biriləri var?

- Bundan 10 il əvvəl bu sualı versəydiniz, cavab verərdim. Amma indi deyə bilmərəm. Çünki özüm formalaşmışam artıq. Məsələn, Gülşəni çox sevirəm. 10 ad sayaram və inşallah, bir gün mən də başqasının 10 adamı arasında olaram.

- Kiminlə duet oxumaq istərdiniz?

- Mabel Matizi çox bəyənirəm. Səsinə heyranam. Tərzi uyğun gəlmir bilirəm, amma onu dinləyəndə sakitləşirəm. Sənətkar qışqırmamalıdır, ruha rahatlıq verməlidir. Mabelin də belədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR