Ağdamlılar 2015-ci ili uğurlu nəticələrlə yola salır

Ağdamlılar 2015-ci ili uğurlu nəticələrlə yola salır
00:08 29 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 29 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC 
Ağdam rayonunun Quzanlı qəsəbəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edənlər qarşıdan gələn bayram münasibətilə ağdamlıları təbrik edərək, xoş arzularını çatdırıb, ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar.
Çıxışlarda yola saldığımız 2015-ci ildə əldə olunan uğurlardan bəhs edilib. Bildirilib ki, Quzanlı qəsəbəsində avtovağzal, mini futbol meydançası, Çay evi, yanacaqdoldurma məntəqəsi, Təzəkənd qəsəbəsində poçt şöbəsinin binası, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, Çəmənli kəndində kitabxana, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksləri tikilib istifadəyə verilib. Çəmənli kəndində 70 yerlik uşaq bağçası və Üçoğlan kənd xəstəxanası əsaslı təmir edilib. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin, Xındırıstan uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.
Tədbirdə 2015-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, təhsildə fərqlənənlərə fəxri fərman və hədiyyələr verilib.
Rayonun musiqi kollektivləri, Şaxta baba və Qar qız iştirakçılara xoş ovqat bəxş edib. Bayram tədbiri ədəbi-bədii proqram, rəqs və rəngarəng musiqi nömrələri ilə davam etdirilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdamlilar_2015_ci_ili_ugurlu_neticelerle_yola_salir-915109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR