Antalyada təlim-məşq toplanışı keçəcək "İnter"in daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "bankirlər"in növbəti rəqibi də Almaniya klubu olub.
Belə ki, "İnter" Almaniyanın "Vakker Nordhauzen" klubu ilə qarşılaşacaq. Qarşılaşma yanvarın 23-də baş tutacaq.
Qeyd edək ki, 1905-ci ildə yaradılan "Vakker Nordhauzen" klubu Regional Liqanın Şərq zonasında çıxış edir. Komanda 18 turdan sonra 41 xalla turnir cədvəlinə başçılıq edir.
Onu da qeyd edək ki, "İnter" Antalyada Almanyanın başqa bir klubu - "Verder"in U-23 komandası ilə qarşılaşmacaq.
Fanat.az