"Report" "Petrobras"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 500 milyon dollar təşkil edib.
Qeyd edək ki, daha əvvəl "Petrobras" borc yükünü azaltmaq məqsədilə səhmlərini satmaq planını bəyan etmişdi. Şirkət 2015-2016-cı illərdə 15,1 milyard dollarlıq səhmlərindən qurtulmağı düşünür. 2017-2018-ci illərdə isə bu rəqəm 42,6 milyard dollar olacaq.