Dəyişikliklərin bankların hazırkı çətin maliyyə vəziyyətinin normativlərə uyğunlaşdırılması məqsədilə qəbul edildiyi ehtimal olunur.
Qeyd edək ki, leverec əmsalı bankların I dərəcəli kapitalının balans aktivləri ilə balansdankənar öhdəliklərinə nisbəti kimi ölçülür. Manatın məzənnəsinin azalması ilə bankların balans aktivlərinin yüksəlməsi səbəbindən leverec əmsalı azaldığı üçün AMB belə bir qərar qəbul edib.