Liviya sahillərində xilas edilmiş minə yaxın miqrant Palermoya çatdırılıb

Liviya sahillərində xilas edilmiş minə yaxın miqrant Palermoya çatdırılıb
19:58 29 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Palermo, 29 dekabr, AZƏRTAC
Bir neçə gün əvvəl Liviya sahillərində xilas edilmiş minə yaxın miqrant Norveçə məxsus gəmi ilə İtaliyanın Palermo şəhərinə çatdırılıb. Milad bayramında keçirilmiş xilasetmə əməliyyatı zamanı məlum olub ki, miqrantlar kiçik qayıqlarla Aralıq dənizini keçməyə çalışıblar. Pis hava şəraiti belə onları Avropaya üz tutmaq fikrindən yayındırmayıb. Xilas edilmiş miqrantları Palermoda yerli hökumət orqanlarının və sahil xilasetmə xidmətinin nümayəndələri qarşılayıblar.
Miqrantları daşıyan gəminin kapitanı Tore Barstad deyib: “Əməliyyat çox uğurlu keçdi. Miqrantlar ərzaq, su və digər zəruri avadanlıqla təmin edilib. Gəmidə, həmçinin həkim və iki tibb bacısı var idi. Belə ki, miqantların səhhəti ilə bağlı heç bir problem yaşanmayıb”.
Qeyd edək ki, miqrant böhranı və insan alverinə qarşı mübarizə məsələləri Liviyada yaradılmış yeni milli birlik hökumətinin başçısı Faiz Sarajın Romada İtaliyanın Baş naziri Matteo Renzi ilə keçirdiyi görüşdə diqqət mərkəzində olub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Palermo




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Liviya_sahillerinde_xilas_edilmis_mine_yaxin_miqrant_Palermoya_chatdirilib-915420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR