ABŞ aviadaşıyıcısı İŞİD-lə mübarizəyə qoşuldu

ABŞ aviadaşıyıcısı İŞİD-lə mübarizəyə qoşuldu
05:44 30 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın əməliyyatlarına qoşulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.  

 

Məlumata görə, dekabrın 29-da aviadaşıyıcı gəminin göyərtəsində olan döyüş helikopterləri İŞİD-ə qarşı aparılan “Sarsılmaz əzm” əməliyyatı çərçivəsində ilk uçuşlarını həyata keçiriblər.

 

ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisinin Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı ilə Fars körfəzi akvatoriyasında İŞİD-ə qarşı birgə əməliyyatlarda iştirak edəcəyi qeyd olunur.      


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR