​İran ABŞ-ın hərbi gəmisi istiqamətində raket atıb

11:37 30 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın rəsmisi Harri S.Trumen bildirib.
Onun sözlərinə görə, hadisə ötən həftənin sonunda baş verib: "İran İnqilab Keşikçiləri Qvardiyası Ərəb dənizi və körfəzdə təlim keçirmiş. Gəmiyə zərər verməyə bu raket atışı təxribat idi. ABŞ gəmisi Fransanın freqatlarını müşaiyət edirdi. Bizim gəmi İranın su sərhədini pozmayıb. Raket isə min beş yüz metrlik məsafədən açılıb".
ABŞ rəsmiləri İranı təxribatda ittiham edib.
Rəsmi Tehran isə hadisə ilə bağlı heç açıqlama verməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR