Azərbaycanda həkimləri döydülər - FOTO

Azərbaycanda həkimləri döydülər - FOTO
15:57 30 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Digər hadisə zamanı bir qrup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr endirib

Cəlilabadda çağırışa gedən təcili yardım işçiləri döyülüblər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib.

Məlumata görə, çağırış yerinə ezam olunan həkimlər sözügedən ünvana çatdıqda ev sahibləri həkim Ruslan Sadıqova yumruq zərbələri endirərək onu döyməyə başlayıblar.

Həkimlərin sözlərinə görə, onlar çağırış yerinə 3 dəqiqə ərzində çatıblar. Lakin ev sahibi xəstənin dünyasını dəyişidiyini əsas gətirərək onlara qarşı güc tətbiq edib.

Cəlilabadda baş verən digər hadisə zamanı bir qrup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr endirib.

Hər iki hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdıma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR