“PAŞA Bank” valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək

“PAŞA Bank” valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək
00:13 31 Dekabr 2015
111 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, AZƏRTAC
"PAŞA Bank" valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kart üzrə əməliyyatlar nəticəsində hesabdan əlavə məbləğin silinməsi ilə bağlı müştərilərin müraciətlərini nəzərdən keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “PAŞA Bank”ın idarə heyətinin qərarına əsasən, artıq manatın məzənnəsi dəyişdikdən sonra silinmiş vəsaitlərin hesablardakı qalıqlarında yaranan fərq bank tərəfindən ödəniləcək və müştərilərin hesablarında bərpa olunacaq. Beynəlxalq ödəmə sistemlərinin qaydalarına görə, əməliyyat aparılan anda hesabdakı vəsaitlər sadəcə əməliyyat gününün məzənnəsi ilə bloklanır.
"PAŞA Bank"ın baş kommersiya direktoru Melih Mengünün sözlərinə görə, vəsaitlərin hesabdan silinməsi isə bir müddət sonra, adətən 5 iş günü ərzində (digər tərəflərdən ödəmə tələbnaməsinin banka daxil olduğu vaxtdan asılı olaraq) vəsaitlərin silindiyi günün məzənnəsi ilə baş verir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR