Neft platformasında qasırğa: 1 ölü, 2 yaralı

Neft platformasında qasırğa: 1 ölü, 2 yaralı
10:12 31 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Şimal dənizində Çinin "China Oilfield Services Ltd", şirkətinə məxsus buruq qurğusunun zədələnməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, neft platformasında baş verən insidentə səbəb güclü qasırğa olub.
 
Hündür dalğaların buruq qurğusuna çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılsa da,  1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, COSL  "Statoil" şirkətinin Şimal dənizindəki "Troll" yatağında işlər aparır. Platformada 106 nəfərin çalışdığı bildirilir, onlardan 50-si təxliyyə edilib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR