ABŞ-dan İrana qarşı yeni SANKSİYALAR

ABŞ-dan İrana qarşı yeni SANKSİYALAR
12:42 31 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın administrasiyası İranda, Honkonqda və BƏƏ-də ona yaxın şirkət və özəl şəxsə qarşı sanksiyalar hazırlayır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə The Wall Street Journal amerikalı məmurlara istinadən yazıb.

Səbəb kimi həmin şəxslərin Tehranın raket proqramının inkişafına yardım etmələri göstərilir.

Sanksiyalar Dubayda Mabrooka Trading Co. Firmasının təsisçisi Hosseyn Purnaşbənd, həmçinin onun Honkonqda fəaliyyət göstərən törəmə şirkəti Anhui Land Group Co.-ya qarşı tətbiq olunar. Purnaşbəndin raket texnikasında istifadə olunan karbon liflərinin alınmasında İrana yardım etdiyi bildirilir.

Siyahıya həmçinin Müdafiə nazirliyində işləyən və ballistik raket işləmələri proqramları üçün materialların tədarükü ilə məşğul olan beş iranlı məmurun da daxil olacağı gözlənilir.

ABŞ rəhbərliyi sanskiya rejimi tətbiq etməklə vətəndaşları və hüquqi şəxslərə həmin siyahıdan kiminləsə müqavilə bağlamağa qadağa qoyur. Bu şəxslərin Amerika yurisdiksiyasında olan aktivləri dondurulmalıdır.

Maliyyə Nazirliyinin tətbiq edəcəyi tədbirlər iyulda dünya dövlətləri ilə nüvə sazişinin imzalanmasından sonra İrana qarşı ilk sanksiya hərəkətləridir.

İran rəsmiləri son aylar ərzində Ağ Evi xəbərdar edirdilər ki, belə maliyyə sanksiyaları Tehranda nüvə razılaşmasının pozulması kimi qiymətləndiriləcək.

ABŞ-ın məlumatına görə, iyul razılaşmasından sonra İran iki dəfə - oktyabr və noyabrda ballistik raket atışlarını həyata keçirib. BMT-dən qeyd olunub ki, oktyabrda həyata keçirilən raket atışı Təhlükəsizlik Şurasının Tehrana ballistik raket sistemlərini işləməyi qadağan edən qətnaməsini pozub.

İran raket proqramının olduğunu təsdiqləsə də, BMT-nin normalarını pozmadığı və özünümüdafiə məqsədilə həyata keçirildiyini bildirir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR