Yer kürəsinin əhalisi Yeni ilin ilk günündə 7,3 milyard olacaq

Yer kürəsinin əhalisi Yeni ilin ilk günündə 7,3 milyard olacaq
14:51 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Yer kürəsinin əhalisi 2016-ci ilin ilk günündə təxminən 7,3 milyard nəfər təşkil edəcək.

Azərtac “Gazeta.ru”-ya istinadən xəbər verir ki, yanvarın 1-i üçün dünya əhalisinin sayının 7 milyard 295 milyon 889 min 256 nəfər olacağı proqnozlaşdırılır. Ötən illə müqayisədə artım 78 milyon nəfər və ya 1,08 faiz təşkil edir.

Hazırda əhalinin sayına görə Çin birinci (1,367 milyard), Hindistan ikinci (1,252 milyard), ABŞ isə üçüncü (322 milyon 762 min) yerdədir. İlk onluğa, həmçinin İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş, Rusiya və Yaponiya daxildir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR