Bakı, 10 fevral, AzərTAc
Bakıda Milli Gimnastika Arenasında keçirilən beynəlxalq masaüstü tennis yarışmasında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərib.
Bankdan AzərTAc-a bildiriblər ki, üç gün davam edən çempionatda “AtaBank” iştirakçılara, azarkeş və nümayəndələrə “AtaMatik” vasitəsilə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradıb. “AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.