"Real" ulduzunun başı bəlada - VİDEO

"Real" ulduzunun başı bəlada - VİDEO
12:27 2 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın yarımmüdafiəçisi Hames Rodrigesin başı bəladadı. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, kolumbiyalı oyunçu yol hərəkət qaydalarına əməl etməyib.
 
Hames "Audi" markalı avtomobili ilə klubun bazasına gedərkən yerli polisin "dur" əmrinə məhəl qoymayıb. Nəticədə polis onu qovub. Lakin ulduz futbolçu saatda 200 km/saat sürət yığaraq polisdən qaçmağı bacarıb və klubun bazasına daxil olub.
 
İndi 24 yaşlı futbolçunun böyük məbləğdə cərimələnməsi və bir müddət sürücülük hüququndan məhrum olması gözlənilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR