"Qarabağ"ın sabiq futbolçusu Azərbaycana qayıdır

"Qarabağ"ın sabiq futbolçusu Azərbaycana qayıdır
12:52 2 Yanvar 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Yayda "Qarabağ"dan ayrılan Muarem Muaremin "Malatyaspor"a keçidi baş tutmayıb. "Report"un "Milliyət"ə istinadən verdiyi məlumata görə, bu barədə malatya klubunun idman direktoru Ali Ravcı açıqlamasında bildirib.
O bildirib ki, razılıq əldə olunan futbolçular təlim-məşq toplanışında komandaya qoşulacaqlar. Ancaq Muarem bu siyahıda yer almayıb. Buna səbəb makedoniyalı yarımmüdafiəçinin Azərbaycan klublarından təklif almasıdır.
Qeyd edək ki, Muarem Muarem "Qarabağ"dan ayrıldıqdan sonra Türkiyənin "Əskişəhərspor" klubunda çıxış edib. Lakin əsas heyətdə yer almaması səbəbindən futbolçu noyabrda komandayla yollarını ayırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR