Rusiya neft hasilatı üzrə dünya rekordunu yeniləyib

Rusiya neft hasilatı üzrə dünya rekordunu yeniləyib
19:42 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiya 2015-ci ildə neft hasilatı üzrə özünün təsis etdiyi dünya rekordunu yeniləyib.
"İnterfax" agentliyinin Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən yaydığı məlumatda, il ərzində ölkədə 534 mln. ton neft və qaz kondensatın çıxarıldığı bildirilir.
İdarədən verilən məlumata görə, bu, 2014-cü ildə hasil edilmiş həcmlərdən 1,4 faiz artıqdır. 2015-ci il ərzində Rusiyadan ixrac edilən neft emalı məhsullarının həcmi də artıb.
"Report" BBC-yə istinadən qeyd edir ki, Rusiyada neft artımı ilə yanaşı təbii qaz hasilatında azalma müşahidə olunur. Ötən il çıxarılan qaz həcmləri təqribən 1 faiz azalaraq 635 mlrd. kub metr təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/rusiya-neft-hasilati-uzre-dunya-rekordunu-yenileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR