Axşam saatlarında yağan güclü qar Qubanın dağlıq kəndləri ilə rayon merkezinin əlaqəsini kəsilib.
Quba-Qonaqkənd, Quba-Tüləkəran-Buduq-Zeyid, Quba-Susay istiqaməti və Quba-İspik-Xınalıq istiqamətindəki yollar tam baqlanıb. Ümumilikdə 30-dan çox dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Bəzi dağ kəndlərində elektrik enerjinin verilişində problemlər yaranıb.
Milli.Az "Report"a istinadən bildirir ki, Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun dediyinə görə, adları çəkilən kəndlərə yol təmizləyən texnika göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometrologiya müəssəsindən bildirilib ki, ən çox qar Xaltan kəndinə yağıb (70 sm).
Milli.Az