Şaxtalı hava hələ davam edəcək (VİDEO)

Şaxtalı hava hələ davam edəcək (VİDEO)
10:01 5 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 5-dəBakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Nisbi rütubət normadan bir az yüksək olacaq. Havanın temperaturunun gündüz 7° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Günün ikinci yarısında hava yağmurlu keçəcək. Havanın temperaturunun -5° olacağı gözlənilir.

Qərb bölgələri: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu, ancaq yağmursuz olacaq. Şaxta olacağı gözlənilir. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarısından sonra daha da güclənəcək. Havanın temperaturu isə 4° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Axşama doğru şaxta olacaq. Havanın temperaturunun -5°olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağmursuz olacaq. Çiskin müşahidə olunacaq. Havanın temperaturu 8° olacaq.

Cənub-şərq bölgələri: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən buludlu olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Axşama doğru əsən şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gündüz 7° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də hava dəyişkən buludlu olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Şaxta olacaq. Havanın temperaturu isə -4° ni göstərəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR