Filarmoniyanın yanvar repertuarı rəngarəng konsert proqramları ilə zəngindir

Filarmoniyanın yanvar repertuarı rəngarəng konsert proqramları ilə zəngindir
16:28 5 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC 
AZƏRTAC Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və bu qurumun nəzdində olan kamera və orqan musiqi zalının yanvar ayı üçün tədbirlər planını təqdim edir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası:

8 yanvar - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti,
12 yanvar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera, Uşaq-Gənclər Dövlət Simfonik və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tutti” Kamera orkestrlərinin konserti,
15 yanvar - tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi,
19 yanvar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə ithaf olunan konserti,
23 yanvar - Rəşid Behbudov adına 2 nömrəli uşaq musiqi məktəbi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti,
26 yanvar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti,
27 yanvar - Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti,
29 yanvar - Əməkdar İncəsənət Xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti,
30 yanvar - Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər xalq çalğı alətləri orkestrinin konserti.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalı:
21 yanvar - Azərbaycan Dövlət simli kvartetinin konserti,
28 yanvar - Azərbaycan Dövlət fortepiano triosunun konserti.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR