Arda və Vidal "Espanyol"la oyunda meydana çıxa bilərlər

"Barselona" sabah İspaniya kubokunda "Espanyol"la qarşılaşacaq.

Artıq katalon klubunun iştirak ərizəsi açıqlanıb. Metbuat.az "Barselona"nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Arda TuranAleiş Vidalın adları da yer alıb. Baş məşqçi Luis Enrike şans verərsə, hər iki futbolçu "Espanyol"la görüşdə meydana çıxacaq.

"Barselona" Arda Turan və Aleiş Vidalı yay "transfer pəncərəsi"ndə heyətinə qatmışdı. Ancaq "blauqrana" FIFA-nın transfer qadağası səbəbindən onların xidmətindən istifadə edə bilmirdi.

"Barselona" - "Espanyol" oyunu sabah Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR