Neft emalı zavodu partladı, 10 nəfər öldü

Neft emalı zavodu partladı, 10 nəfər öldü
17:11 5 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Əlcəzairdə neft emalı zavodunda partlayış olub, ölənlər var.

ANS PRESS-in məlumatına görə, hadisə Əlcəzairin şərqində yerləşən Skikda şəhərində baş verib. "Sonatrach" şirkətinin neft emalı zavodunda baş vermiş partlayış nəticəsində azı 10 nəfər həlak olduğu deyilir. Ölənlərin sayının artacağı istisna edilmir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ dəqiq bilinmir. Məsələ ilə rəsmi orqanlar heç bir açıqlama verməyiblər. Amma insidentin iki səbəbdən baş verdiyi güman edilir:



Ötən ilin sentyabr ayında da Əlcəzairdə 21 nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Belə ki, 12 nəfər yerli, 9 nəfər isə əcnəbi vətəndaşlardan ibarət insanlar leysan yağışların səbəb olduğu daşqınların qurbanı olub. Hadisə Tamanrasset şəhərində qeydə alınıb. Cəsədlər ölkənin cənubunda aşkar edilib. hakimiyyət şəhərdə elektrik enerjisinin kəsilməsinə də səbəb olan leysan yağışları ilə mübarizə aparmaq üçün operativ qərargah təşkil edib.


Əlcəzairdə daşqın

Əlcəzair - Şimali Afrikada yerləşən dövlətdir. Paytaxtı Əlcəzair şəhəridir. Ölkənin ərazisi 2.381.741 km² , 2008-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 35 milyon nəfərdən artıqdır.


Əlcəzair, Şimali Afrika

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR