Türkiyə ordusunun sayı açıqlandı

Türkiyə ordusunun sayı açıqlandı
21:37 5 Yanvar 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı 2016-cı ilin 1 yanvar tarixi etibari ilə hərbçilərin və mülki personalın statistikasını açıqlayıb.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Baş Qərargahın internet səhifəsində yerləşdirilən məlumata əsasən, Türkiyə ordusunun tərkibində 624 min 4 hərbçi və mülki şəxs xidmət etməkdədir.
Türkiyə Silahlı Qüvvələrində hazırda 39 min 782 zabit qulluq edir. Onların 358-i general və admirallardır.
Sıravi əsgərlərin sayı 332 min 509 nəfər, mülki içşilərin sayı - 51 min 681 nəfərdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR