Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımova deyib. O, təhsili ilə bağlı Türkiyədə yaşayan qızı Aynişanla bağlı hisslərini bölüşüb:
“Dünyanın ən böyük sərkərdəsi belə övlad məhəbbəti qarşısında acizdir. Övlad belə bir şirin neymətdir. Allahımdan bircə istəyim var: hamının balasını, eləcə də mənim qızımın canını sağ eyləsin”.