Avstraliyanın xarici işlər naziri KXDR-ə qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Avstraliyanın xarici işlər naziri KXDR-ə qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
23:28 6 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+


Kanberra, 6 yanvar, AZƏRTAC 
Avstraliyanın xarici işlər naziri Culiya Bişop Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) rejimin hidrogen bombasının sınağını keçirməsinə kəskin etirazını bildirib və bunu təxribat xarakterli təhlükəli hərəkət adlandırıb.
Avstraliya xarici işlər nazirinin bununla bağlı bəyanatında deyilir: “KXDR-in həyata keçirdiyi nüvə sınağı bu dövlətin quldur statusunu və həmçinin sülhün mövcudluğu üçün onun daşıdığı təhlükəni təsdiq edir. Avstraliya KXDR hökumətinə öz mövqeyini həm birbaşa kanallar vasitəsilə, həmçinin regional və beynəlxalq forumlar yolu ilə çatdıracaq. Biz dostlarımız və həmkarlarımızla birlikdə Koreya Respublikasının təhlükəsizliyinin təmin olunması və Asiya-Sakit okean regionunda sabitliyin möhkəmləndirilməsi üçün çalışacağıq”.
Bəyanatda, həmçinin deyilir: “Avstraliya KXDR-in kütləvi qırğın silahlarının yaradılması proqramlarının maliyyələşdirilməsinin azaldılmasına istiqamətlənmiş sanksiyaların sərtləşdirilməsi üçün əməkdaşlığın fəallaşdırılmasına çalışacaq”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR