Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nda dəyişikliklər edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dəyişikliyə görə, qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat dərəcəsi 30 faizdən 25 faizə, təhlükəli aktivlər üzrə ehtiyat dərəcəsi 60 faizdən 50 faizə endirilib.