Azərbaycan və Ukrayna arasında razılıq

Azərbaycan və Ukrayna arasında razılıq
11:16 7 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna, Qazaxıstan və Azərbaycan tranzit daşınmalarını müzakirə edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Ukraynanın baş naziri Arseniy Yasenyuk Qazaxıstanın baş naziri Kərim Masimov və Azərbaycanın baş naziri Artur Rəsizadənin tranzit yüklərin daşınması və Ukrayna mallarının çatdırılması məsələsini müzakirə edib.


Arseniy Yasenyuk - Ukraynanın baş naziri


Masimovla Yasenyuk telefon söhbətində gedişatında Qazaxıstana Ukrayna məhsulunun çatdırılmasının və tranzit daşınmalarının həyata keçirilməsində yaranan problerdən danışıblar.


Kərim Masimov - Qazaxıstanın baş naziri


"Ukrayna və Qazaxstan hökumət rəhbərləri hazırki problemlərin həlli üçün ümumi addımlar atmalıdırlar. Təcili şəkildə daha optimal və effektiv tranzitin təminatı üçün danışıqlar aparılmalıdır”,-deyə məlumatda bildirilir.


Artur Rəsizadə - Azərbaycanın baş naziri


Danışıqlar zamanı Ukrayna və Azərbaycan hökumətlərinin rəhbərləri tranzitdə problemlərin həlli yolları barədə razılığa nail olublar.
Rəsmi Kiyevin tranzit yüklərin daşınmasında belə konkrat addımlar atmasına səbəb isə Rusiyanın yanvarın 4-də öz ərazisi vasitəsilə Ukrayna mallarının tranzitini tamamilə dayandırmasıdır. Rusiya Avropa Birliyindən vergisiz məhsull dövrüyyəsinin qarşısını almaq üçün Ukraynaya ərzaq embarqosu tətbiq edib. Bundan başqa, Rusiya Ukrayna ilə azad ticarət zonası haqqında müqaviləni ləğv edib.

Ukraynanın İnfrastruktur nazirinin müavini Vladimir Omelyanovun verdiyi məlumata görə, “İpək yolu”ilə ilk konteyner qatarı yanvarın 15-də Ukrayna-Çin marşrutu reysə buraxacaq.


Qədim "İpək yolu"

Rusiyanın qadağası Ukraynanı yüklərin daşınması üçün “İpək yolu”nun Gürcüstan, Azərbaycan, Qazaxıstan marşrutundan istifadə etmək məcburiyyətində qoyub.

Noyabrın 30-da isə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul etmişdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR