Apple-in rəhbəri ən az qazanc edən şəxs oldu

Apple-in rəhbəri ən az qazanc edən şəxs oldu
11:47 7 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Apple şirkətinin rəhbəri Tim Kuk ötən il şirkətin digər top menecerlərindən daha az əmək haqqı alıb. 

Oxu.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg bildirib. 

Onların arasında şirkətin maliyyə direktoru Luka Maestri və onlayn və pərakəndə satışlar üzrə vitse-prezident Anjel Arends də yer alırlar. 

Qeyd edilir ki, ötən il ərzində Apple-in 4 top menecerinin əməkhaqqı 25 milyon dollardan çox olub. Şirkətin rəhbəri Tim Kuk isə 10,3 milyon dollar qazanıb ki, bu da 2014-cü illə müqayisədə cəmi 1,1 milyon dollar çoxdur. 

Eyni zamanda 2015-ci ilin sonuna Apple başçısının aksiya paketi 350 milyon dollar qiymətləndirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR