Sevdanın çantasını oğurladılar

Sevdanın çantasını oğurladılar
12:11 7 Yanvar 2016
37 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyeva oğruların qurbanı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “10-dan sonra” verilişində danışıb. O, gecə yarısı küçədə çantasının oğurlandığını bildirib:

“Məclisə gedirdim, maşını saxladım. Restorana bir az ayaqla getməli idim. Qəfildən kimlərsə gəldi və çantamı götürüb qaçdılar. Bir neçə saniyəlik şoka düşdüm, heç nə edə bilmədim. Sonradan mənə çatdı ki, sumkamı oğurlayıblar. Şükür ki, övladım və başqa kimsə yanımda yox idi. Əslində mən şübhələnməli idim. Maşınımın arxasınca bir avtomobil gəlirdi. Düşəndə də arxamca kimsə məni izləyirdi. O hadisədən sonra tövbə etdim ki, axşam evdən tək çıxmayacam. Oğurlananlardan çox ürəyimdə keçirdiyim əsəb, qorxu mənə təsir etdi. İndi-indi özümə gəlməyə başlamışam. Hər günümdən, saniyəmdən qorxuram. Bəlkə o insanlar evimin yerini də bilirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR