"Neftçi" klubu məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq

"Neftçi" klubu məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq
14:42 7 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ "Neftçi" futbol klubu yaxın günlərdə məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq. Klubdan "Report"a verilən məlumata görə, məqsəd klubun büdcəsinin şəffaflığına nəzarətdən ibarətdir.
Şirkət avqustuda 01.07.2015 - 01.07.2016 maliyyə ili üçün ictimaiyyətə hesabat təqdim edəcək. Hesabat büdcə və rəydən ibarət olacaq. Bununla da "Neftçi" beynəlxalq auditdən keçmiş ilk klub olacaq. Klubdan auditi aparacaq şirkətin adı açıqlanmayıb. Bununla belə, həmin qurumun dünya futbolunda çalışan 2 şirkətdən biri olduğu vurğulanıb.
Qeyd edək ki, hazırda futbol sahəsində Deloitte və PwC şirkətləri audit aparır. Deloitte hər il futbol klublarının şəffaflığı haqqında hesabat hazırlayır. PwC isə UEFA-da futbol üzrə məsləhətçidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/neftci-klubu-meshur-beynelxalq-audit-sirketi-muqavile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR