​Səudiyyə Ərəbistanı: "Biz İranla müharibəyə yol vermərik"

​Səudiyyə Ərəbistanı: "Biz İranla müharibəyə yol vermərik"
03:17 8 Yanvar 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd müavini, eyni zamanda müdafiə naziri Məhəmməd ibn Salman əl-Saud bəyan edib ki, ölkəsi ilə İran arasında müharibə fəlakətin başlanğıcı olacaq və Ər-Riyad buna yol verməz.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Biz bunu ümumiyyətlə nəzərdə tutmuruq və buna çağıran kəslər, sağlam düşüncə sahibləri deyil", — deyə o bildirib.
İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.
Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR