A​zərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb

A​zərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb
10:17 8 Yanvar 2016
69 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir.
Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib
Məlumata əsasən, ötən ilin yanvar-dekabr aylarında ölkə üzrə əmək pensiyaçılarının sayı 5 min nəfər və ya 0,4 faiz artıb.
Bu ilin əvvəlinə əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edib.
Qeyd edək ki, əmək pensiyası - "Əmək pensiyaları haqqında" qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/a-zerbaycanda-emek-pensiyasi-alan-sexslerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR