Sabahın hava proqnozu: yağış, sulu qar, qar

Sabahın hava proqnozu: yağış, sulu qar, qar
13:11 8 Yanvar 2016
26 Şou
Ölkə mətbuatı
A- A+

9 yanvar 2016 hava proqnozu - Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən axşam.az-a verilən məlumata görə, səhər paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq. Azərbaycan rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcə şaxtadan 5 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan, 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR