Rejissorluğa maraq göstərən müğənnilərdən biri də artıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Hande Yener həmkarı və dostu Aylin Coşkunun "Saftirik" mahnısının klip çəkilişi üçün rejissorluq edib. Çəkilişin şərtlərinə görə Aylin 2 saatdan çox cakkuzidə qalıb.
Hande həmkarına dəstək olmaq üçün "Qız gözəldi, mahnı gözəldi, bundan artıq nə olsun, hər zaman yanındayam" deyib.
Qeyd edək ki, müğənninin "Rejissorluğu da çox yaxşı bacarıram, Stiven Spilberq kimiyəm" deyərək zarafat etməsi jurnalistlərin diqqətindən yayınmayıb.
Milli.Az