"Aynişanı orada görəndə şoka düşdüm"

"Aynişanı orada görəndə şoka düşdüm"
13:27 9 Yanvar 2016
175 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın "O səs Türkiyə" layihəsindəki çıxışından danışıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Hər axşam" verilişində övladının bu addımından xəbərsiz olduğunu deyib:

"Səhhətimdə problem olduğu üçün bir müddət Türkiyəyə gedib-gələ bilmədim. Bir dəfə İstanbulda Məlahət xanımla (aktrisa Məlahət Abbasova - red.) oturmuşduq. Birdən efirdə anons getdi. Qulağıma doğma səs gəldi. Döndüm ki, nə baş verir? Mən də, Məlahət xanım da Aynişanı orada görüb şoka düşdük. Soruşuram ki, "Aynişan bu nədi?" Dedi, "Özümü imtahan edirdim. Görüm bacaracam".

Əgər əvvəlcədən xəbərim olsaydı, tərəddüd edərdim. Yaxşı ki, mənə deməyib. Yarışmalar fərqlidir. Mən özüm də belə yarışmalarda münsif olmuşam. Gündə nə qədər səs dinləyirsən. Hərdən yorulub, istedadlı birini bilmədən seçmirsən. Ona görə də bu iş bir az təhlükəlidir. İstedadlı biri kənarda qala, qırıla bilər. Amma Murad Bozun səhnəyə çıxıb "Gəl ey səhər" mahnısını ifa etməsi mənim üçün əsl hədiyyə idi".

Qeyd edək ki, A.Quliyeva TV 8 telekanalında yayımlanan "O səs Türkiyə" yarışmasında "Gəl ey səhər" mahnısını oxumuş və dörd münsifi də döndərmişdi. O, müsabiqəyə Murad Bozun komandasında davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR