Hollandiyalı futbolçu “Qarabağ”dan ayrıldı

Hollandiyalı futbolçu “Qarabağ”dan ayrıldı
18:14 9 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” Raydel Puponla yolları ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə iddia ilə holland mətbuatı çıxış edib.

 

Hücumçunun “Roda” ilə anlaşdığı bildirilib. Mənbə iddia edir ki, 28 yaşlı futbolçu Kerkrade klubu ilə 6 aylıq müqavilə imzalayıb. Tərəflərin bir-birilərindən razı olduqları halda, anlaşmanı daha bir il uzatmaq mümkün olacaq.

 

Hücumçunun holland klubunun baş məşqçisi Dariye Keliziç ilə tanış olduğunu vurğulayan mənbə onların “Qraafşap”da birlikdə işlədiklərini qeyd edib.

 

Puponun artıq gələn həftədən yeni klubunun heyətinə qoşulacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR