Ölüm anı gəlib çatan zaman nə etməli?

Ölüm anı gəlib çatan zaman nə etməli?
20:47 9 Yanvar 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

"Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız. Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa, əgər doğruçusunuzsa, həmin canı (öz bədəninizə) qaytarmırsınız?!". ("Vaqiə" 83-87).

Bəzi əməllər vardır ki, insanın ölümü gəlib çatan zaman yerinə yetirilməlidir.
 
Vacibat.
Milli.Az deyerler.org-a istinadən buildirir ki, ölümü yaxınlaşan insan özünü qibləyə tərəf çevirməyə çalışmalıdır. Əgər özü bacarmırsa, ətrafında olanlar onu üzü qibləyə tərəf çevirməlidirlər. Əgər mümkün olmasa, sağ və sol böyrü üstə üzü qibləyə çevrilməlidir. Ölüm anında olan insanın üzü qibləyə çevrilməsi vacib əməllərdəndir ki, vəlisindən icazə almağa ehtiyac yoxdur.
Həzrət Peyğəmbər (s) Əbdulmüttəlibin nəslindən olan bir nəfəri can verən zaman görür ki, üzü qibləyə çevrilməmişdir. Bu zaman buyurur: "Onu üzü qibləyə çevirin. Çünki siz bu cür edən zaman, mələklər və Allah ona üz tutar və ruhu qəbz olunana qədər belə olar".
Müstəhəblər.
Müstəhəb əməllərdən ən mühüm olanı - kəlmeyi-şəhadətləri təlqin etməkdir. Hətta on iki İmamı (ə) və bəzi başqa əqidə məsələlərini can verənə təlqin etmək müstəhəb əməllərdəndir. Həzrət Peyğəmbər (s) buyurur: "Ölüm anında olan xəstələrinizə "Lə iləhə illəllah" kəlməsini təlqin edin, çünki hər kimin son sözü "Lə iləhə illəllah" olar - behiştə gedər".
Ölüm ayağında olan insanın rahat can verməsi üçün müstəhəbdir ki, başının üstündə "Yasin", "Saffat", "Ayətül-kürsü", "Əraf" surəsinin 54-cü ayəsi, "Bəqərə" surəsinin son 3 ayəsi oxunulsun. Əgər ölünün can verməsi çətinləşərsə, onu namaz qıldığı yerə aparsınlar, orada rahat can verəcəkdir.
 
Məkruhlar.
Ölünü tək qoymaq, sinəsinin üstünə ağır şey qoymaq, çox danışıb ağlamaq, qadınları onun yanında tək qoymaq - məkruh əməllərdəndir.
İmam Əli (ə) ölümün insana yaxınlaşması ilə bağlı buyurur: "Onun hava və həvəs yolundakı səyləri və arzularına qovuşmağı sona çatmamış, ölümün narahatlıqları ona yaxınlaşar. Gündüzləri donmuş halda və gecələri ağrının və xəstəliyin içində səhərə qədər oyaqdır. Həyat yoldaşının ağlamaq səsi yüksəkdir. (Həyat yoldaşı və ya anası) narahat halda sinələrinə vurarlar. Ancaq o, bihuş, can vermək, çoxlu qəm və qüssə halında ağrılı intizarla getməkdədir. Sonra onu məyuscasına kəfənə bükürlər, aram və təslim halda onu götürürlər. Tabutun taxtasının üstünə atarlar. Yorğun halda axirət səfərinə tərəf gedər. Dostları, övladları, qardaşları onu çiyninə alarlar və onu qürbət mənzilinə və heç bir zaman görmək mümkün olmayan evə qədər ki, orada tək və dəhşət içində qalmalıdır - apararlar. Nalə çəkənlər geri qayıdan zaman, onu qəbrə qoyarlar. O, sualın qorxusundan və imtahanda büdrəməyin qorxusundan yavaş danışar və oradakı ən böyük bəla - cəhənnəm atəşinin yanar suyu və atəşin nərəsidir. Nə cəza anları aram olar ki, istirahət etsin və nə rahatlığı olar ki, ağrısı azalsın, nə cəzaya mane olmaq qüdrəti olar, nə ölümü olar ki, onu bu narahatlıqdan xilas etsin, nə də qəmini aradan aparan yuxusu vardır. Müxtəlif cəzaların və öldürücü cəzaların arasında giriftardır". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR