Dünyanın ən təhlükəli narkobaronu Meksikadan ABŞ-a ekstradisiya ediləcək

Dünyanın ən təhlükəli narkobaronu Meksikadan ABŞ-a ekstradisiya ediləcək
00:49 10 Yanvar 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Meksika hökuməti yarım il əvvəl həbsxanadan qaçmış və ötən gün saxlanılan narkobaron Xoakin Qusmanı Loeranı ABŞ-a ekstradisiya etmək niyyətindədir.  APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika Baş Prokurorluğundan bildirilib. Məlumata görə, prokurorluq narkobaronun ABŞ-a ekstradisiyasını tez bir zamanda  həyata keçirmək niyyətindədir.

 

 Qeyd edək ki, Xoakin Qusman 2015-ci ilin iyununda həbsxanadan qaçmışdı. Bundan əvvəl o ilk dəfə 1993-cü ildə Qvatemalada saxlanılaraq Meksikaya təhvil verilmişdi. 2001-ci ildə həbsxanadan qaçan Xoakin Qusman 13 il sonra, 2014-cü ildə Masatlan şəhərində saxlanılıb və yarım il sonra,  2015-ci ilin iyununda həbsxanadan üçüncü dəfə qaçmağa müvəffəq olmuşdu. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR