PKK terrorçuları ilə toqquşmada 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb

PKK terrorçuları ilə toqquşmada 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb
20:13 10 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 yanvar, AZƏRTAC
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyatda bir hərbçi və bir polis məmuru şəhid olub, 3 əsgər yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, terrorçularla toqquşmada ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb. Həkimlərin səylərinə baxmayaraq əsgərlərdən birini və polis məmurunu xilas etmək mümkün olmayıb. Yaralı 3 əsgərin müalicəsi isə davam etdirilir.
Qeyd edək ki, 2015-ci il oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR