“Real Madrid” klubu Zidanın rəhbərliyi altında ilk qələbəsini qazanıb

“Real Madrid” klubu Zidanın rəhbərliyi altında ilk qələbəsini qazanıb
12:03 11 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Madridin “Real” futbol klubu “Santyaqo Bernabeu”da keçirilmış İspaniya çempionatının XIX turunda “Deportivo”nu 5:0 hesabı ilə məğlub edib.
AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir kİ, bu, “kral klubu”nun sükanı arxasına keçmiş Zinəddin Zidanın baş məşqçi postunda ilk qələbəsidir. Komandanın sabıq baş məşqçisi Rafael Benitesi əvəzləyən Zidan rəsmən yanvarın 4-dən etibarən paytaxt klubunu çalışdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR