Bakıda "cücələrin soyqırımı" - VİDEO

Bakıda "cücələrin soyqırımı" - VİDEO
13:16 11 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində xoşgəlməz hadisə qeydə alınıb.

Milli.az xəbər verir ki, qəsəbə ərazisində zibil qutularının birinə minlərlə yumurta və yumurta qabığı atılıb. Dəhşətlisi odur ki, üst-üstə qalanmış zibilin içində yumurtadan çıxmaq üzrə olan yüzlərlə cücə də var. Cücələrin çoxu yumurtadan çıxmadan ölübsə də, onların arasında sağ qalanları da var. Zibil qutularının içindən gələn cücələrin civildəşmə səsi yaxınlıqdan keçən insanların tükünü ürpədir. Amma təəssüf ki, bu səs həmin cücələri zibilliyə atanlara təsir etmir.

Sakinlər hesab edir ki, zibil qutusuna atılmış cücələr yaxınlıqdankı hansısa broyler sexinə və ya şirkətinə məxsusdur.

Milli.az Hövsan sakinlərindən birinin atılmış cücələrin olduğu zibillikdən çəkdiyi video kadrları təqdim edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda cücələrin soyrıqımı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR