Pedaqogika sahəsində yeni dərs vəsaiti nəşr olunub

Pedaqogika sahəsində yeni dərs vəsaiti nəşr olunub
14:03 11 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) pedaqogika kafedrasının dosenti Ayaz Qasımovun “Əxlaqın saflaşdırılmasına müdrik kəlamların təsiri” adlı dərs vəsaiti nəşr olunub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, nəşrdə görkəmli mütəfəkkirlərin, alimlərin, yazıçıların, ictimai xadimlərin müdrik kəlamları verilib. Həmçinin dərs vəsaitinə müxtəlif xalqların, millətlərin atalar sözləri və məsəlləri də daxil edilib.
Kitabda verilmiş müdrik ifadələrdə müxtəlif ictimai-siyasi quruluşlarda yaşamış görkəmli şəxsiyyətlərin əxlaqa, əxlaq normalarına münasibəti əksini tapıb.
Nəşrin elmi redaktorları professorlar Dünyamin Yunusov və Fərahim Sadıqovdur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pedaqogika_sahesinde_yeni_ders_vesaiti_nesr_olunub-917427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR