"Sumqayıt" futbol klubunda növbəti təyinat rəsmiləşib.
Milli.Az bildirir ki, Trend klubun saytına istinadən məlumat verir ki, Müşahidə Şurasının qərarına əsasən, Aqil Məmmədov klubda texniki direktor vəzifəsinə gətirilib. Mütəxəssis bundan sonra "Sumqayıt" FK-nın akademiyasına rəhbərlik edəcək.
A.Məmmədov bu gün akademiyanın məşqçi və inzibati heyətinə təqdim edilib.
Milli.Az