Baş nazir Matteo Renzi: İtaliya xalqı və hökuməti Türkiyənin kədərini bölüşür

Baş nazir Matteo Renzi: İtaliya xalqı və hökuməti Türkiyənin kədərini bölüşür
20:53 12 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 12 yanvar, AZƏRTAC
Baş nazir Matteo Renzi Sultan Ahmet meydanında insan tələfatı ilə nəticələnmiş partlayışla əlaqədar bildirib ki, İtaliya xalqı və hökuməti Türkiyənin kədərini bölüşür. O, Türkiyədəki terror aktını pisləyərək deyib ki, terrorizmə qarşı birlikdə sərt mübarizə aparılmalıdır.
İstanbuldakı faciəvi hadisədən sonra İtaliyanın xarici işlər naziri Paolo Centiloni türkiyəli həmkarı Mevlüt Çavuşoğluya zəng edərək ölkəsinin partlayış zamanı həlak olmuş şəxslərin ailələrinin və Türkiyə hökumətinin yanında olduğunu deyib. O əlavə edib ki, İtaliya və Türkiyə hazırda heç vaxt olmadığı qədər terrorizmlə mübarizədə sıx birləşib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bas_nazir_Matteo_Renzi_Italiya_xalqi_ve_hokumeti_Turkiyenin_kederini_bolusur-917915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR