Putinin sevimli prokurorunun geyimi təəccübləndirdi (VİDEO, FOTO)

Putinin sevimli prokurorunun geyimi təəccübləndirdi (VİDEO, FOTO)
01:31 13 Yanvar 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Krım prokuroru Natalya Poklonskaya ilk dəfə ağ general kitelini geyinib.

ANS PRESS-in məlumatına görə, hazırda Rusiyanın ən məşhur prokuroru hesab edilən Natalya yeni parad formasında bu gün prokurorluq işçilərinin günündə görünüb.

Rusiyanın ən seksual qadınları siyahısına daxil edilən Poklonskaya prokurorluğun başqa işçiləriylə birlikdə təbrikləri qəbul edib. Bayram tədbirində onun ilk dəfə olaraq ağ general mundirində çıxması diqqətdən yayınmayıb.

35 yaşlı general-mayor Natalya sosial şəbəkələrdə haqqında ən çox müzakirələr gedən prokurordur. Onun şəkilləri internet resuslarında baxılma rekordları qırır. Bu günlərdə yaraşıqlı prokuror Rusiya mətbuatına açıqlama verib.

Natalya Poklonskaya Ukraynada haqqında cinayət işinin açılması və axtarışa verilməsindən qorxmadığını bəyan edərək Ukraynanın yeni hökumətini “küldən çıxan şeytanlar” adlandırmışdı.


Natalya Poklonskaya

Onu da qeyd edək ki, Natalya Poklonskaya haqqında hazırlanan satirik “Nyash Myash” videoçarxı Youtube saytında 20 milyona yaxın istifadəçi tərəfindən izlənilib. Bu videoçarxı 500 min insan bəyənib. Tanınmış blogger Enjoykin "Nyash Myash” klipində Krım prokurorunun televiziya proqramlarından, onun mətbuat konfransından fraqmentləri, eləcə də animasiya cizgi filmlərindən istifadə edərək Natalia Poklonskaya ilə bağlı maraqlı klip hazırlayıb.



"Mən ilk dəfə ağ kiteli geyindim. Əlbəttə, göy daha dogma idi. Ağ - bu böyük məsuliyyətdir. Amma mən fəxr edirəm ki, onu daşıya bilirəm", - deyə Poklonskaya bayram tədbirində bildirib.



Xatırladaq ki , Poklonskaya iyunun 11-də Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə general-mayorun rütbəsinə uyğun olan üçüncü dərəcəli ədliyyə müşaviri rütbəsi alıb.


Krım ərazisi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR