​Bakının dörd rayonunda və Abşeronda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

​Bakının dörd rayonunda və Abşeronda təbii qaz təchizatında məhdudiyyətlər olacaq
08:57 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakının dörd rayonunda, habelə Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yanvarın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR