Flora Kərimovanın tarixi evindən - FOTOlar

Flora Kərimovanın tarixi evindən - FOTOlar
12:52 15 Yanvar 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Flora Kərimovanın illərdir yaşadığı evindən ilk dəfə görüntülər əldə edilib.

Bəzi həmkarlarından fərqli olaraq, o, mənzilini mediaya göstərməyin tərəfdarı deyil.

Xalq artisti istəməsə də, fotoqraf fürsətdən istifadə edib sənətkarın yaşadığı evi tarixə həkk etməyi bacarıb. 6-otaqlı mənzilinin hər tərəfi sanki onun həyatının bir parçasını əks etdirirdi. Hər otaqda bir tarix var idi.

Xalq artisti evinin divarlarını da özü düzəltdiyini deyib:

"Baxın, bu divarları 1978-ci ildə özüm düzəldirmişəm. Bu içki kolleksiyasını isə Zümrüdün rəhmətlik atası yığırdı. Gördüyünüz bu iki içkini isə alanda demişdi ki, birini qızımın, digərini isə oğlumun toyunda açaram. Amma heç biri qismət olmadı, rəhmətə getdi".

Flora xanım əl işləri ilə hazırlanmış sandığın tarixçəsindən danışdı:

"Bu sandığı aktrisa Fatma xanım Təranə Musabəyə hədiyyə etmişdi. Mən də çəkilişdə olanda sandığı bəyənmişdim. Onların evi çox dəbdəbəlidir. Evə girən kimi bu sandıq gözümə deydi. Dedim ki, nə qəşəng sandıqdır. Çünki belə şeyləri sevirəm. Oturub verilişi çəkdik. Verilişdən çıxıb maşına mindim. Gördüm ki, sandıq artıq maşının içindədir".

Məlum oldu ki, Flora xanımın da tacla şəkli varmış.

"Cavanlıqda bu tacı taxmışam. Elə bu tacdan sonra İlhamə tac xəstəliyinə tutuldu. Bu tac onu yuxusuz edib. Axırda çıxış yolu tapdı. Əslində bu tac deyil, saç aksessuarıdır. İlhamə bunu tac bilib. Şəkil çəkdirəndə anam mənə verdi ki, belə çəkdir".

Evin ən dəyərli hissəsi Azərbaycan bayrağı ilə əks olunmuş işıqların pəncərəyə vurduğu bəzək idi. 

"Qızım gələndə bu işıqlardan xeyli danışdı. Xaricdə həlləm-qəlləm evlərə qırmızı işıq qoyurlar. Orta pəncərədə də iki qırmızı işıq qoyulub. Dedi ki, bayırdan iki qrımızı işığı görüb deyəcəklər ki, həlləm-qəlləm evdir".

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/398142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR